Ronaldodan Messiyə cavab - FOTO

16:49 14 Avqust 2017

“Real”ın futbolçusu Kriştiano Ronaldo “Barselona”nın qapısına qol vurduqdan sonra Lionel Messinin jestini təkrarlayıb.

 

Sportarena.az xəbər verir ki, “Nou Kamp”da keçirilən İspaniya Superkubokunun ilk qarşılaşmasının 80-ci dəqiqəsində Ronaldo “Real”ın 2-ci qolunu vurub. O, qol vurduqdan sonra formasını çıxararaq, onu tribunalara nümayiş etdirib.

 

Ötən mövsüm İspaniya çempionatının 33-cü turunda “Santyaqo Bernabeu”da keçirilən oyunda “Barselona”nın qələbə qolunu vuran Lionel Messi də bu jesti etmişdi. Həmin oyunda “Barsa” 3:2 hesabı ilə qalib gəlmişdi.

 

Superkubokun ilk qarşılaşmasında isə “Real” qalib gəlib - 3:1. Ronaldo qırımızı vərəqə alıb.

 


Digər xəbərlər

Xəbər xətti