2 güləşçimiz Dünya reytinqinə başçılıq edir

17:20 14 Avqust 2017

Dünya Güləş Birliyi (WWA) gələn həftə start götürəcək dünya çempionatı ərəfəsində yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ilk “onluq”da Azərbaycanın ümumilikdə 19 güləşçisinin adı var. Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili (57 kq), yunan-Roma güləşçilərin siyahısında Rəsul Çunayev (71 kq) öz çəkilərində ilk sırada qərarlaşıb.

 

Sərbəst güləşçilərdən Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Qalib Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədovun (125 kq) adı ilk “onluğ”a daxil edilib.

 

Yunan-Roma güləşçilərindən Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən isə Mariya Stadnik (48 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq) və Tatyana Omelçenko (60 kq) “onluq”da yer alıb.

 

Qeyd edək ki, dünya çempionatı 21 - 26 avqustda Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə 25-26 avqustda xalça üzərinə çıxacaqlar.


Digər xəbərlər

Xəbər xətti