"Liverpul" Koutinyonu ÇL-in sifariş ərizəsinə daxil etmədi

18:17 14 Avqust 2017

“Liverpul” futbolçusu Filipe Koutinyonun adını Çempionlar Liqasının pley-off mərhələsinin “Hoffenhaym”la səfər oyunu üçün açıqlanan siyahıya daxil etməyib.

 

Sportarena.az xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Yurgen Kloppun braziliyalı futbolçunun adını Almaniya klubuyla oyun üçün açıqlanan 22 nəfərlik siyahıya daxil etməməsinə səbəb, onun zədəli olmasıdı. Koutinyo zədə səbəbindən İngiltərə Premyer Liqasının 1-ci turunun “Uotford”la səfər oyununu (3:3) da buraxmalı olmuşdu.

 

Xatırladaq ki, son vaxtlar Braziliya millisinin üzvünün “Barselona”ya keçəcəyi barədə xəbərlər yayılmışdı.

 

Klopp “Hoffenhaym”la matç üçün siyahıya aşağıdakı futbolçuları daxil edib:

 

Trent Aleksander-Arnold, Alberto Moreno Peres, Deyan Lovren, Ceyms Milner, Corcino Veynaldum, Cordan Henderson, Əmrə Can, Sadio Mane, Məhəmməd Salah, Roberto Firmino, Rayan Kent, Dominik Solanke, Divok Orici, Co Qomes, Raqnar Klavan, Con Flenaqan, Endryu Robertson, Joel Matip, Marko Qruyiç, Simon Minyole, Loris Karius, Denni Uord.


Xəbər xətti