Rauf Əliyev: "Bu, mənim düzgün seçim etdiyimi göstərir” - AÇIQLAMA

12:50 15 Avqust 2017

Albaniyanın “Kukesi” klubuyla anlaşan Rauf Əliyev müqavilə bağladıqdan sonra Kukesi təmsilçisinin rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, millimizin hücumçusu mətbuat konfransında öz fikirlərini türkiyəli tərcüməçi vasitəsilə çatdırıb. Rauf “Kukesi”yə keçməklə düzgün seçim etdiyini deyib.

 

“Mən bütün karyeram ərzində Azərbaycanda oynamışam. Bu, mənim vətəndən kənarda ilk təcrübəm olacaq. “Kukesi” Albaniyanın iddialı klublarındadı. Bu komanda mütəmadi olaraq avrokuboklarda iştirak edir və daim inkişafdadı. Bu da, mənim düzgün seçim etdiyimi göstərir”.

 

Millimizin hücumçusu açıqlamasında Azərbaycan və Albaniya yığmalarını, həmçinin bu ölkələrin klublarını müqayisə edib:

 

“Vaxtilə Avropa Liqasında “İnter”in heyətində Albaniyanın “Laçi” klubuna qarşı oynamışam. Bundan əlavə, Azərbaycan millisinin heyətində bu ölkənin yığmasına qarşı da çıxış etmişəm. Albaniya millisi ötən il Avropa çempionatının final mərhələsində çıxış edib. Bu da, sizin yığmanın daha yaxşı olduğunu göstərir. Klub futbolunda isə Azərbaycan çempionatının daha güclü olduğunu düşünürəm”. 

 

Rauf “Kukesi”ni seçməsində “Qarabağ”dakı sabiq komanda yoldaşı, Albaniya millisinin kapitanı Ansi Aqollinin də rolu olduğunu bildirib:

 

“Kukesi”yə keçməmişdən öncə Ansi Aqolli ilə məsləhətləşdim. O, bu komanda barədə müsbət fikirlər bildiridi. Əsas məqsədim Avropanın daha güclü komandalarına keçmək üçün “Kukesi”dən tramplin kimi istifadə etməkdi. Mən hücumçuyam və işim qol vurmaqdı. Ümid edirəm ki, “Kukesi”yə kömək edə biləcəm”. 


Xəbər xətti