AFFA "Sumqayıt"ı cərimələdi

15:16 15 Avqust 2017

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Sumqayıt” - “Kəpəz”matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin 1-ci turunun “Sumqayıt” - “Kəpəz” matçının 74-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Yusif Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunurb.

 

Əvəzedici heyətlərin 1-ci turunun “Zirə” - “Səbail” matçının 47-ci dəqiqəsində “Səbail”in futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti