Arda Turanın "Qalatasaray"a transferi tamamlandı - İDDİA

15:55 15 Avqust 2017

"Qalatasaray"ın "Barselona"nın futbolçusu Arda Turanı bir mövsümlük icarəyə götürüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb. İki klub arasında bununla bağlı danışıqlar müsbət nəticələnib. Türk yarımmüdafiəçinin İstanbul klubunda bir mövsüm üçün 5 milyon avro maaş alacağı bildirilib. Bu məbləğin 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək.

 

 Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti