Oyuna saatlar qalmış bilet növbəsi - FOTO

16:35 15 Avqust 2017

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, ilk dəfə Azərbaycan təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin bu mərhələsində mübarizə aparacaq. Buna görə, matça olan azarkeş marağı həddən artıq çoxdu.

 

Belə ki, artıq 28 min bilet öz sahibini tapıb. İki sektorun biletləri isə bu gün saat 17:00-da satışa çıxacaq. Buna baxmayaraq, bu gün səhər saatlarından Tofiq Bəhramov adına Respublika stadionunun kassalarının qarşısında növbə seyrəlməyib.

 

“Qarabağ”ın tarixi oyununu canlı izləmək istəyən onlarla insan biletlərin satışa çıxacağı vaxtı gözləmədən, səhər saatlarından kassa qarşısında növbəyə durublar.

 

Xatırladaq ki, “Qarabağ” - “Kopenhagen” qarşılaşması saat 20:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti