Millimiz dünya çempionatına bu heyətlə gedir

Sportarena.az      15 Avqust 2018, 17:19

Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, artıq mundialda çıxış edəcək sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın heyətləri məlumdur.

 

Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.

 

Yarışların ilk iki günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə seçməmizin heyəti Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparacaq.

 

Dünya çempionatında sərbəst güləş yarışlarında ölkəmizin idman şərəfini Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) qoruyacaq. 125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov zədəli olduğundan çempionatda iştirak etməyəcək. Yığmamıza baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayev rəhbərlik edəcək.

 

Dünya çempionatı 21-26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində başa tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin