Sportarena.az
22 Sentyabr 2017

Fequli "Qalatasaray"da

12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" İngiltərənin "Vest Hem" klubundan əlcəzairli futbolçu Sofiane Fequlini heyətinə qatıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Qalatasaray" bu transferə görə "Vest Hem"ə 4 milyon 250 min avro təzminat ödəyib. Futbolçu özü isə İstanbul klubunda 5 il içində bütövlükdə 19 milyon 250 min avro gəlir əldə edəcək. O, hər mövsüm üçün 3 milyon 850 min avro qazanacaq.

 

Fransada anadan olan və bu ölkənin də vətəndaşlığını daşıyan Fequli peşəkar karyerasına da məhz 2005-ci ildə "Qrenobl"da başlayıb. 2010-cu ildə isə o, Fransa klubudan "Valensiya"ya (İspaniya) transfer olunub. 2011-ci ildə "Almeriya"da da icarə əsasında çıxış edən 28 yaşlı yarımmüdafiəçi "Vest Hem"də 2016-cı ildən oynayırdı.

 

Vaxtilə Fransanın U-18 və U-21 yığmalarında oynamış Fequli 2012-ci ildən Əlcəzair millisinin uğurları üçün çalışır.

Tarix
15.08.17 [17:40]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

22 Sentyabr
21 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio