Mahir Mədətovdan bir gündə iki uğur

00:10 16 Avqust 2017

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Danimarka “Kopenhagen”i arasındakı ilk oyunun ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı doğma meydanda 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin gənc yarımmüdafiəçisi Mahir Mədətovu ən yaxşı seçib. Qarşılaşmanın taleyini həll edən yeganə qolun müəllifi matçın qalan vaxtında da fəallığı ilə diqqət çəkib.
 

Qeyd edək ki, "Kopenhagen"in qapısından keçirdiyi top Mədətov üçün əlamətdar olub. Bu, onun avrokuboklarda ilk qolu idi. Çempionumuzun 20 yaşlı futbolçusu bu oyuna qədər qitə miqyaslı turnirlərdə fərqlənə bilməmişdi.


Digər xəbərlər

Xəbər xətti