Xesenin yeni klubu bəlli oldu

15:35 16 Avqust 2017

PSJ-nin hücumçusu Xese Rodriqes karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi “Stok Siti” ispan hücumçunu bir illik icarəyə götürüb. Bu barədə məlumatı klubun saytı yayıb.

 

PSJ-yə ötən il “Real”dan transfer edilən Xese, son mövsümün ikinci yarısını icarə əsasında La Liqa təmsilçisi “Las Palmas”da keçirib. O, çempionatın ikinci dövrəsində şans qazandığı 16 oyunda 3 qola imza atıb. 


Xəbər xətti