“Qarabağ” "Kopenhagen"i keçsə, nə qədər qazanacaq?

Sportarena.az      16 Avqust 2018, 16:17

Çempionlar Liqasının 2017/18 mövsümünün qalibi 57,2 milyon avro qazanacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın mətbuat xidməti yayıb. Məlumatda qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək klubların hər mərhələyə uyğun olaraq nə qədər qazanacağı ayrı-ayrılıqda qeyd edilib. Belə ki, qrup mərhələsinə vəsiqə qazanan hər klub 12,7, 1/8 finala vəsiqə qazanan klublar 6, 1/4 finala çıxan komandalar 6,5, yarımfinala adlayanlar 7,5, finala çıxan klub isə 11 milyon avro qazanacaq.

 

Ümumilikdə, UEFA Avropa superkuboku, Avropa Liqası və Çempionlar Liqası üçün 2,35 milyard avro məbləğində pul mükafatı ayırıb.

 

Xatırladaq ki, ÇL-dəki təmsilçimiz “Qarabağ” turnirin pley-off mərhələsinin ilk oyununda Danimarka “Kopenhagen”ini 1:0 hesabıyla məğlub edib. Ağdam təmsilçisi skandiviyalıları keçəcəyi təqdirdə, Azərbaycan futbolu tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin