"Qarabağ"dan "Palermo"ya 2 milyon avro - Ona görə

16:53 16 Avqust 2017

"Qarabağ"  İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embalonu icarəyə götürmək istəyir.
 

Sportarena.az "ilovepalermocalcio.com"a istinadən xəbər verir ki, Ağdam klubu  23 yaşlı hücumçunun  1 illik icarəsi üçün qarşı tərəfə 200 min avro təklif edib. Mövsüm ərzində Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik transfer oluna bilər. Qvineya-Busaulu  futbolçu ilə İtaliyanın "Peskara" və "Breşiya" klublarının da maraqlandığı bildirilir. 


Qeyd edək ki, Çempionlar Liqasınını pley-off mərhələsində "Kopenhagen"lə keçirilən oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da transfer etmək istədikləri bəzi futbolçuların klublarına pul təklif etdiklərini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti