UEFA Elçin Məmmədova ÇL-in matçını həvalə etdi

17:18 16 Avqust 2017

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının play-off mərhələsinin oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, Məmmədov pley-offun cavab oyunları çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) - "Yanq Boyz" (İsveçrə) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

 

Bu oyun avqustun 23-də, Moskva şəhərindəki “ÇSKA Arena”da keçiriləcək.


Xəbər xətti