Hüseyn Bolt “Mançester Yunayted”də

17:52 16 Avqust 2017

Məşhur yamaykalı atlet Useyn Bolt “Mançester Yunayted”in heyətinə cəlb edilib.

 

Sportarena.az xəbər verir ki, Bolt xeyriyyə oyununda meydana çıxacaq. Xeyriyyə qarşılaşmasında “Mançester Yunayted” “Barselona” ilə üz-üzə gələcək. Bolt Pol Skoulz, Qari Nevill, Edvin van der Sar və digər əfsanələrlə bir komandada oynayacaq. Qarşılaşma sentyabrın 2-də keçiriləcək.

 

Çılğın futbol azarkeşi kimi tanınan Bolt MY-in fanatıdı. O, Londonda keçirilən dünya çempionatından sonra karyerasını bitirib.


Xəbər xətti