Bakka yenidən İspaniyada

18:19 16 Avqust 2017

Yay fasiləsində “Milan”dan ayrılacağı barədə xəbərlər səngimək bilməyən Karlos Bakkanın yeni iş yeri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, kolumbiyalı hücumçu İspaniya La Liqa təmsilçisi “Vilyarreal”da top qovacaq. Bu barədə məlumatı klubun saytı yayıb. Müqaviləyə əsasən, 30 yaşlı futbolçu qarşıdakı mövsümdə icarə əsasında “sarı sualtı qayığ”ın şərəfini qoruyacaq. “Vilyarreal” Bakkanın xidmətindən razı qalacağı təqdirdə, icarə müddətinin sonunda onun transfer etmək hüququna sahib olacaq.

 

30 yaşlı futbolçu “Milan”a 2015-ci ildə, 30 milyon avro qarşılığında “Sevilya”dan transfer olub. Kolumbiyalı hücumçu ötən mövsüm A seriyasında keçirdiyi 32 oyunda 13 qol vurub.


Xəbər xətti