Avropanın ən yaxşısı adına 3 namizəd

18:40 16 Avqust 2017

UEFA 2016/17 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin adını açıqlayıb.

 

Sportarena.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qalib adı uğrunda 3 futbolçu mübarizə aparacaq. Bunlar “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldodu.

 

Qitə futbol qurumu qalibin adını avqustun 24-də Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlayacaq.

 

Qeyd edək ki ,2015/16 mövsümündə Avropanın ən yaxşı futbolçusu Ronaldo seçilib.


Digər xəbərlər

Xəbər xətti