"Kopenhagen" Maksim Medvedevi UEFA-ya şikayət etdi

Sportarena.az      17 Avqust 2018, 00:23

Danimarkanın "Kopenhagen" klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində sözügedən futbolçunun almacıq sümüyünün əzildiyi bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. Bu isə "Kopenhagen"in düşərgəsində narazılığa səbəb olub. Onların fikrincə, Medvedevə həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməli idi.

 

Elə bu üzdən də Danimarka təmsilçisi oyundan sonra UEFA-ya şikayət edib. "Kopenhagen" Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşünü buraxmasına nail olmaq istəyir. Klubun katibi Daniel Rommedal sözügedən məsələ ilə bağlı bunları söyləyib:

 

"Müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik".

 

Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin