Futbolçularımızın klubuna azarkeş qadağası - "Beşiktaş"la oyuna buraxılmayacaqlar

Sportarena.az      17 Avqust 2018, 11:10

Türkiyənin "Bursaspor" klubu Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bursa klubunun yaydığı rəsmi açıqlamada məlumat verilib. Bildirilir ki, dövlət təhlükəsizlik orqanlarının tələbi ilə "Beşiktaş"ın "Vodafone Park" stadionunda keçiriləcək oyunda bursalı tərəfdarlar arenaya buraxılmayacaq. Bu, o qədər də isti münasibətdə olmayan iki komandanın tərəfdarları arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə qərara alınıb.

 

Xatırladaq ki, "Beşiktaş" və "Bursaspor" tərəfdarları əvvəlki mövsümlərdə baş tutan oyunlarda bir neçə dəfə kütləvi davaya səbəb olduqlarından qonaq komandanın azarkeşlərinin səfər matçında stadiona buraxılmaması təcrübəsindən istifadə olunur.

 

"Bursaspor"da Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz, eləcə də U-21 millimizin üzvü Ozancan Kökçü də çıxış edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin