Messidən Ramosa - "Bambılı, düşük" - VİDEO

11:45 17 Avqust 2017

İspaniya Superkubokunun cavab qarşılaşmasında keçirilən “Real”- “Barselona” oyununda (2:0) Serxio Ramosla Lionel Messi arasında insident baş verib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Ramos elə hərəkət edib ki, guya əlindəki topu Messiyə verir. Ancaq o, topu Leoya verməyərək, kənara atıb. Ramosun bu hərəkəti Messinin xoşuna gəlməyib. O, “Real”ın kapitanını ələ salan ifadələr işlədib. Azərbaycan dilinə tərcümə etdikdə, Messinin Ramosa təxminən “bambılı, düşük” dediyi məlum olur.

 

Qeyd edək ki, “Real” ilk qarşılaşmada da 3:1 hesabı ilə qalib gəlmişdi.

 

 


Digər xəbərlər

Xəbər xətti