Azərbaycanlı futbolçu İsveç klubunda

12:35 17 Avqust 2017

Azərbaycanlı futbolçu Tapdıq Əliyev karyerasını İsveçdə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanda "Sumqayıt" və "Rəvan"ın əvəzeici heyətlərində çıxış etmiş yarımmüdafiəçi İsveçin 4-cü liqasında çıxış edən "Liksele" klubu ilə müqavilə bağlayıb. Müqavilənin müddəti bir illikdir. Əliyev yeni komandasının heyətində 2 oyun da keçirib.

 

Qeyd edək ki, Əliyev U-17 millimizin də üzvü olub.


Digər xəbərlər

Xəbər xətti