"İndi psixoloji olaraq sağalmalıyıq" - Valverde - AÇIQLAMA

12:52 17 Avqust 2017

İspaniya Superkuboku uğrunda keçirilən hər iki oyunda “Real”a uduzan (0:2, 1:3) “Barselona”nın baş məşqçisi Ernesto Valverde fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Valverde oyundan sonraa açıqlamasında “kral klubu”nun məğlubedilməz olmadığını deyib:

 

“Məğlubedilməz komanda yoxdu. Əgər idmanda dəqiq olan bir şey varsa, o da, hər kəsin, hər komandanın nə vaxtsa məğlub olacağıdı. Rəqibin sizdən daha yaxşı olduğu qənaətinə gəlsəz, oyunu uduzacaqsız. “Real” məğlubedilməz deyil. İndi psixoloji olaraq sağalmalıyıq. Yaxşı komandamız var və buna köklənəcəyik”.


Digər xəbərlər

Xəbər xətti