Zidan: "Qarşımızda çox uzun mövsüm var" - AÇIQLAMA

13:16 17 Avqust 2017

İspaniya superkubokunda “Barselona”ya hər iki oyunda qalib gələn (3:1, 2:0) “Real”ın baş məşqçisi Zinəddin Zidan fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis “Santyaqo Bernabeu”dakı cavab oyunundan (2:0) sonra açıqlamasında möhtəşəm oynadıqlarını deyib:

 

“İki böyük oyun keçirdik və bu matçda möhtəşəm çıxış etdik. Meydanda çox güclü idik. Bir kubok daha aldığımız üçün çox xoşbəxtik. Oyunçularım bu uğurlara layiqdilər. Futbolçularımız istedadlıdılar, lakin uğurda çox çalışmağımızın da rolu var. Superkuboku qazandıq, amma qarşımızda çox uzun mövsüm var. Asan olmayacaq, ancaq biz hazırıq”


Digər xəbərlər

Xəbər xətti