Şehiç: "Biz ora ÇL-in qrupuna düşmək üçün gedəcəyik" - AÇIQLAMA

Sportarena.az      17 Avqust 2018, 14:32

“Qarabağ”ın Bosniya və Herseqovinadan olan qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, futbolçu Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə oyunlar haqda danışıb:
 

“Biz ilk görüşdə olduqca yaxşı oynadıq. Möhtəşəm bir oyun ortaya qoyduq. Lakin "Kopenhagen" evdə mükəmməl çıxış edir. Azarkeşləri evdə onlara yaxşı dəstək verəcək. Stadion və əla atmosfer olacağına şübhəm yoxdu. Amma biz də ora ÇL-in qrupuna düşmək üçün gedəcəyik.

 

Azərbaycanda bu qələbə haqqında çox yazıldı. Mənim haqqımda da yazırlar. Komandamızın uğuru ölkədə böyük sevinc yaradıb. Çünki burda Avropada oynayan başqa komanda yoxdu. Biz isə hələ də yolumuza davam edirik. Çempionlar Liqasının pley-off mərhələsində oynamaq belə, Azərbaycan üçün tarixi hadisədi. Bunu şəhərdəki ab-havadan görmək olar".

 

“Qarabağ” Bakıdakı ilk oyunda “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 23-də, saat 22:45-də start götürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin