Ardanın transfer qiyməti açıqlandı

14:53 17 Avqust 2017

“Barselona” son vaxtlar komandadan ayrılacağı deyilən yarımmüdafiəçisi Arda Turanı icarəyə vermək barədə düşünmür.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Kataloniya klubunun 30 yaşlı futbolçunu satmaq barədə düşündüyü qeyd edilib. Bundan əlavə, xəbərdə “Barsa” rəhbərliyinin Ardanın xidmətində maraqlı olan “Qalatasaray” nümayəndlərinə futbolçunun transferi üçün 25 milyon avrodan danışıqlara başlamağa hazır olduqlarını bildirdiyi də vurğulanıb.

 

Xatırladaq ki, “Barselona” Ardanı 2015-ci ildə, “Atletiko”dan 34 milyon avro qarşılığında transfer edib.


Digər xəbərlər

Xəbər xətti