"Qalatasaray"dan "Qəbələ" açıqlaması

15:54 17 Avqust 2017

Bu gün Türkiyə mətbuatında “Qalatasaray” və “Qəbələ” klubları arasında sentyabrın 2-si və 3-də yoldaşlqı görüşü baş tutacağı haqqında xəbərlər yayılmışdı.

 

Sportarena.az xəbər verir ki, “Sabah” qəzetinin iddiasına görə, klublar hazırda bu mövzuda danışıq aparırlar. Lakin bu xəbər təsdiqini tapmayıb. “Qalatasaray”ın idman direktoru Cenk Ergün isə “Qafqazinfo”ya verdiyi açıqlamada məlumatı təkzib edib. O bildirib ki, belə bir oyun gündəmdə deyil:

 

“Yayılan xəbərlər yanlışdır. Belə bir oyun hazırki durumda gündəmdə deyil”.


Xəbər xətti