"Barselona" yeni transferini təqdim etdi

16:51 17 Avqust 2017

“Barselona”nın Çinin “Quançjou Everqrand” klubunun yarımmüdafiəçisi Paulinyo ilə razılığa gəldiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubu bu gün braziliyalı futbolçunun transferini rəsmən açıqlayıb. “Barsa” 29 yaşlı oyunçunun keçidi üçün çinlilərə 40 milyon avro ödəyib. Braziliya millisinin üzvü 2021-ci ilin yayına kimi “göy-qırmızılar”ın şərəfini qoruyacaq. Paulinyo yeni klubunda 15 nömrəli futbolkada çıxış edəcək.


Xəbər xətti