"Borussiya"nın futbolçusu 90 min cərimələndi - 500 avroluq qəzaya görə

Sportarena.az      17 Avqust 2018, 17:16

Dortmund “Borussiya”sının futbolçusu Rafael Qerreyro məhkəmə tərəfindən 90 min avro məbləğində cəza alıb.

 

Sportarena.az xəbər verir ki, ötən ilin noyabrında avtomobillə qəza törədən portuqaliyalı futbolçu hadisə yerini tərk etmişdi. Bir qadının maşınına 500 avroluq ziyan vuran Qerreyro, avtomobilindən düşüb nə baş verdiyinə baxsa da, sonradan hadisə yerindən uzaqlaşmışdı.

 

Futbolçunun vəkili 23 yaşlı oyunçunun hərəkətini onun alman dilini bilməməsi, hadisədən sonra həyəcanlanması ilə əsaslandırıb.

 

Məhkəmə isə Qerreyroya 90 min avro məbləğində cəza kəsib. Cəzaya əsasən, gənc futbolçu 9 fərqli yardım fondunun hər birinə 10 min avro məbləğində pul köçürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin