"Kəpəz" Yevlaxdakı oyuna Bakıda hazırlaşır

17:57 17 Avqust 2017

Azərbaycan Premyer Liqasının 2-ci turunda “Zirə”ylə qarşılaşacaq “Kəpəz” dünəndən qarşıdakı matçın hazırlıqlarına start verib.

 

Sportarena.az xəbər verir ki, Bakı komandasını Yevlaxda qəbul edəcək “sarı-göylər” məşqlərə paytaxtda başlayıb. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq keçir.

 

“Kəpəz” oyundan öncəki son məşqinə matçın keçiriləcəyi Yevlax şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub.


Xəbər xətti