FİFA ən yaxşı futbolçu adına 24 namizədi açıqladı

10:14 18 Avqust 2017

 

FİFA 2016/17 futbol mövsümünün yekunlarına əsasən ən yaxşı oyunçu adına layiq namizədlərin siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, dünya futbol qurumu tərəfindən açıqlanan siyahıda 24 futbolçunun adı yer alıb. Onların daha çoxu (7-si) Madrid "Real"ında çıxış edənlərdi. "Barselona"nın isə 4 oyunçusu ən yaxşı adını qazanmağa namizəddi.

 

Mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı belədi:

 

Kriştiano Ronaldo (Portuqaliya, "Real")
Daniel Karvahal (İspaniya, "Real")
Toni Kroos (Almaniya, "Real")
Marselo (Braziliya, "Real")
Luka Modriç (Xorvatiya, "Real")
Keylor Navas (Kosta-Rika, "Real")
Serxio Ramos (İspaniya, "Real")
Lionel Messi (Argentina, "Barselona")
Andres İnyesta (İspaniya, "Barselona")
Luis Suares (Uruqvay, "Barselona")
Neymar (Braziliya, "Barselona"/PSJ)
Robert Levandovski (Polşa, "Bavariya")
Manuel Noyer (Almaniya, "Bavariya")
Arturo Vidal (Çili, "Bavariya")
Leonardo Bonuççi (İtaliya, "Yuventus"/"Milan")
Canluici Buffon (İtaliya, "Yuventus")
Paulo Dibala (Argentina, "Yuventus")
Eden Azar (Belçika, "Çelsi")
N`Qolo Kante (Fransa, "Çelsi")
Aleksis Sançes (Çili, "Arsenal")
Harri Keyn (İngiltərə, "Tottenhem")
Zlatan İbrahimoviç (İsveç, "Mançester Yunayted"in sabiq futbolçusu)
Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya" Dortmund)
Antuan Qrizmann (Fransa, "Atletiko")

 

Qalib sentyabrın 7-dək milli komandaların baş məşqçiləri və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşdiriləcək. 2017-ci ilin ən yaxşı baş məşqçisinin adı oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda baş tutacaq mükafatlandırma mərasimində açıqlanacaq.


Xəbər xətti