Messidən terror açıqlaması

10:48 18 Avqust 2017

Lionel Messi Barselonada törədilən terror aktına münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, “Barselona”nın futbolçusu terror nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. O, dünyada nifrətsiz və sakit yaşamaq istəyənlərin sayının çox olduğunu, təslim olmayacaqlarını bildirib:

 

“Sevimli Barselonamda baş verən terror aktı nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Təslim olmayacağıq. Biz - sakit dünyada nifrətsiz və başqalarına hörmət şəraitində yaşamaq istəyənlər daha çoxuq”.

 

Avqustun 17-də Barselonada mikroavtobusu turistlərin üstünə sürüblər. Rəsmi məlumata görə, 13 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Digər xəbərlər

Xəbər xətti