Ronaldo başsağlığı verdi

12:18 18 Avqust 2017

Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştiano Ronaldo Barselonada baş verən terror aktı nəticəsində zərər çəkənlərə və faciə qurbanlarının ailələrinə başsağlığı verib.

 

Sportarena.az xəbər verir ki, ulduz futbolçu tvitter hesabında bununla bağlı paylaşım edib:

 

"Barselona xəbərlərindən sarsılmışam. Faciə qurbanlarının ailələrinə və dostlarına başsağlığı verirəm".

 

Xatırladaq ki, Barselonada baş vermiş terror aktında 13 nəfər həlak olub, 119 nəfər xəsarət alıb.


Xəbər xətti