FİFA ən yaxşı baş məşqçi adına 12 namizədin adını açıqladı

15:24 18 Avqust 2017

FİFA 2016/17 futbol mövsümünün yekunlarına əsasən ən yaxşı baş məşqçi adına layiq namizədlərin siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, dünya futbol qurumu tərəfindən açıqlanan siyahıda 12 məşqçinin adı yer alıb. Onlardan 3-ü italiyalı, 2-si ispan, 2-si portuqal, 2-si argentinalıdı. Siyahıda həmçinin 1 alman, 1 fransız və 1 braziliyalı mütəxəssis də var.

 

Mövsümün ən yaxşı məşqçisi adına namizədlərin siyahısı belədi:

Massimilano Alleqri (“Yuventus”)
Karlo Ançelotti (İtaliya, “Bavariya”)
Antonio Konte (İtaliya, “Çelsi”)
Luis Enrike (“Barselona”nın sabiq baş məşqçisi)
Xosep Qvardiola (İspaniya, “Mançester Siti”)
Leonardo Jardim (Portuqaliya, “Monako”)
Yoahim Löv (Almaniya milli komandası)
Joze Mourinyo (Portuqaliya, “Mançester Yunayted”)
Maurisio Poçettino (Argentina, “Tottenhem”)
Dieqo Simeone (Argentina, “Atletiko”)
Tite (Braziliya milli komandası)
Zinəddin Zidan (Fransa, “Real”)

 

Qalib sentyabrın 7-dək milli komandaların baş məşqçiləri və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşdiriləcək. 2017-ci ilin ən yaxşı baş məşqçisinin adı oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda baş tutacaq mükafatlandırma mərasimində açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti