"Everton" Koştanı istəyir - AÇIQLAMA

17:56 18 Avqust 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Everton” “Çelsi”nin hücumçusu Dieqo Koştanın xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Liverpul təmsilçisinin baş məşqçisi Ronald Kuman İngiltərə mətbuatına açıqlamasında verib. O, İspaniya millisinin üzvünün keçidində yeganə əngəlin “Everton”un Çempionlar Liqasında çıxış etməməsinin ola biləcəyini deyib:

 

“Futbolçuların transfer edilməsinin tərəfdarıyam. Ancaq bu cür yüksək səviyyəli futbolçunu icarəyə götürmək mümkündüsə, niyə də olmasın? Koştanın “Everton”a keçidinə yeganə əngəl bizim Çempionlar Liqasında çıxış etməməyimiz ola bilər”.

 

Xatırladaq ki, “Çelsi” artıq Koştanın xidmətində maraqlı deyil. Hücumçunun sabiq komandası “Atletiko”ya qayıdacağı deyilir.


Digər xəbərlər

Xəbər xətti