Nazarov qol vurdu, komandası 1 xalla kifayətləndi

10:44 19 Avqust 2017

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə Braunşveyq "Ayntraxt"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Matçda hesabı da məhz futbolçumuz açıb. Lakin 24-cü dəqiqədə baxımlı qola imza atan Nazarovun komandası cəmi 2 dəqiqə sonra üstünlüyü əldən verib.

 

"Ersgebirge" geridə qalan 3 turda cəmi 1 xal toplayıb və 18 klub arasında 14-cüdü.


Digər xəbərlər

Xəbər xətti