"Barselona" xüsusi forma geyinəcək - Terrora görə

11:26 19 Avqust 2017

Barselona matəmə bürünüb. Şəhərdə törədilən terror aktı nəticəsində 13 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

 

Sportarena.az xəbər verir ki, “Barselona” La Liqanın ilk turunda keçiriləcək “Betis”lə oyuna xüsusi formada çıxacaq. Terror qurbanlarının xatirəsinə hörmət olaraq, formanın arxasında futbolçuların soyadının əvəzinə Barcelona yazılacaq. Ön hissədə isə #TotsSomBarcelona haştaqı (“Biz hamımız Barselonayıq”) yer alacaq. Futbolçuların qolunda qara sarğı da olacaq.

 

Qeyd edək ki, “Barselona” - “Betis” oyunu avqustun 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti