Nigeriyalı biznesmen "Arsenal"ı almaq istəyir - “İlk işim Vengeri dəyişmək olacaq"

11:58 19 Avqust 2017

Afrikanın ən varlı adamı, nigeriyalı milyarder Aliko Danqote “Arsenal”la bağlı planlarından danışıb.

 

Sportarena.az xəbər verir ki, Danqote Əlişir Usmanovla Sten Kronkedən “Arsenal”ı almağı planlaşdırır. O, bu planı həyata keçirəcəyi təqdirdə, ilk işinin Arsen Vengeri əvəzləmək olacağını bildirib:

 

“İlk işim Vengeri dəyişmək olacaq. O, komanda üçün çox iş görüb. Ancaq imkan vermək lazımdı ki, başqa bir mütəxəssis də uğur axtarsın. Əminəm, klubun sahibləri məqbul təklif alsalar, onda onu satmağa razılaşacaqlar. Neftayırma zavodunun tikintisini başa çatdırandan sonra bu işi həll edə bilərik.

 

“Arsenal” böyük klubdu, yaxşı təşkilatlanıb. Amma onun daha yaxşı idarə edilməsinə ehtiyac var. Ona görə də, bu klubu almaq istəyirəm. Gözləyəcəm. Hətta vəziyyət ciddi şəkildə dəyişsə də, “Arsenal”ı alacam”.

 

Qeud edək ki, Aliko Danqotenin sərvəti 13 milyard dollar həcmində qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti