Təbriz klubu uduzdu

12:17 19 Avqust 2017

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublarlardan daha biri - "Göstəriş" də növbəti matçını keçirib. Sözügedən kollektiv səfərdə "Fulad Xuzistan"la qarşılaşıb. Üç qolun vurulduğu oyun Təbriz təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 1:2.

 

Xatırladaq ki, bir gün öncə Cənubi Azərbaycanın məşhur "Traktorsazi" klubu "Naft Tehran"a qalib gəlmişdi - 2:1.

 

4 turdan sonra Təbrizin hər iki klubu cəmi 3 xal toplaya bilib və 16 klub arasında 14-15-ci yerləri bölüşürlər.


Xəbər xətti