Hasan Salihamiciçdən Ançelottiyə sərt qadağa

12:59 19 Avqust 2017

“Bavariya”nın yeni idman direktoru Hasan Salihamiciç yeni vəzifəsində gördüyü işlər barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, sabiq yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında kluba gəldikdən sonra bəzi kiçik qadağalar tətbiq etdiyini deyib. O, komandanın baş məşqçisi Karlo Ançelottinin klub daxilində siqaret çəkməsinə qadağa qoyduğunu bildirib:

 

“Karlo Ançelottidən klub daxilində siqaret çəkməməsini istədim. O da təbii ki, qəbul etdi. Əsl peşəkardı”.

 

Xatırladaq ki, vaxtilə “Bavariya”da çıxış etmiş Salihamiciçin idman direktoru təyin olunması komandanın çıxışına da təsir edib. Belə ki, Münhen klubu mövsümlərarası fasilə dönəmində keçirdiyi 6 oyunun 5-də məğlub olsa da, Salihamiciçin gəlişindən sonra Almaniya superkubokunda “Borussiya”nı oyunsonrası penaltilər seriyasında məğlub edib. Ardınca isə ölkə kubokunda “Çemnitser”i mübarizədən kənarlaşdırıb - 5:0.

 

Ançelotti Salihamiciçin qadağası barədə yerli mətbuata açıqlamasında “Sağlamlığım üçün yaxşı oldu. Xüsusilə, həyat yoldaşım çox sevindi” deyib.


Digər xəbərlər

Xəbər xətti