“İnter”dən “Valensiya”ya

14:33 19 Avqust 2017

“Valensiya” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi “İnter”in müdafiəçisi Ceyson Murilyonu heyətinə cəlb edib. Bu barədə məlumatı “yarasalar”ın saytı yayıb. “Valensiya” kolumbiyalı müdafiəçini iki illik icarəyə götürüb. Klub icarə müddətinin sonunda 25 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.

 

Kolumbiya millisinin də üzvü olan müdafiəçi 2015-ci ildən Milan təmsilçisinin şərəfini qoruyurdu. O, son mövsümdə şans qazandığı 33 oyunda 2 qola imza atıb.

 

Bu gün Murilyoyla yanaşı, “Arsenal”dan 11 milyon avro qarşılığında transfer edilən Qabriel Paulistanın da təqdimat mərasimi olacaq.


Digər xəbərlər

Xəbər xətti