Rauf Əliyev "Kukesi"də ilk oyununa çıxdı

15:58 19 Avqust 2017

Millimizin hücumçusu Rauf Əliyev Albaniyanın “Kukesi” klubunda ilk oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Makedoniyada təlim-məşq toplanışında olan “Kukesi” yerli “Labunişta” klubu ilə yoxlama matçı keçirib. Oyun “Kukesi”nin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Rauf aşağı liqa təmsilçisiylə oyuna start heyətdə çıxıb və sonadək meydanda olub.


Xəbər xətti