“Qəbələ” “Dinamo” ilə qarşılaşacaq

16:17 19 Avqust 2017

Qəbələ” Futbol Akademiyasının komandalarının Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. Razılaşmaya əsasən, iki klubun aşağı yaş qrupları üzrə komandaları arasında yoxlama oyunları keçiriləcək.

 

Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də və 23-də “Qəbələ” və “Dinamo”nun U-13 və U-15 komandaları qarşılaşacaq. Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək.

 

Bir neçə aydan sonra isə “Qəbələ”nin digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti