Sportarena.az
23 Sentyabr 2017

Svanadze: "Transfer pəncərəsi açılana kimi əzab çəkəcəyik"

12 Punto 14 Punto 16 Punto 18 Punto

 

Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə “Qarabağ”a uduzan (0:1) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Çətin oyun oldu. İlk hissədə yaxşı oynamadıq. Təşəbbüsü rəqibə verdik. Ötürmələrdə səhvlər etdik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Ancaq rəqibin heyətində Miçel, Almeyda və Mahir Mədətovun meydana çıxması oyunun gedişini dəyişdi. Bir səhvə yol verdik və qapımızda qol gördük. Uşaqlar var qüvvələri ilə çalışdılar. Ancaq keçirdiyimiz ikinci oyunda da məğlub olduq.

 

- Komanda son dəqiqələrdə qol buraxdı. Bu, gələn matçlarda komandaya psixoloji olaraq necə təsir edəcək?
- Dəqiq deyə bilmərəm. Futbolda belə hallar olur. Toparlanmaq lazımdı.

 

- İlk iki turda ölkənin iki ən güclü komandası ilə qarşılaşdız. Bunun sizin üçün əhəmiyyəti var?
- Əlbəttə, “Qarabağ” və “Qəbələ”yə qarşı oynamaq asan deyil. İstəyərdik ki, startda başqa komadalarla qarşılaşaq. Ancaq bu oyunlarda xal qazana bilərdik. Bu görüşlər geridə qaldı. Qarşıdakı oyunlarda xal qazanmaq şansımız var.

 

- Komandada bir çox problem olsa da, ötən mövsüm 3-cü yeri tutdu. Sizcə, bu mövsümdə də eyni uğuru təkrarlaya biləcəksiz?
- Ötən mövsüm yaxşı oyunçularımız var idi. Bizim ehtiyat oyunçular skamyamız qısadı. Qışa kimi bizim üçün çox çətin olacaq. Transfer pəncərəsi açılana kimi əzab çəkəcəyik.

 

- Sizcə, komandada maaş problemi olduğu halda yeni transferlər etmək mümkün olacaq?
- Bəli, məncə, mümkün olacaq. Yavaş-yavaş vəziyyət düzələcək.

 

- Düşünmürsüz ki, rəqibdən fərqli olaraq sizin əvəzetmələriniz komandaya kömək etmədi?
- Əvəzetmələrin oyuna ciddi təsir etdiyini düşünmürəm.

Tarix
20.08.17 [00:15]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Sentyabr
22 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio