Eddinin komandası mövsümə qələbə ilə başladı

11:02 20 Avqust 2017

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 2017/18 mövsümünə start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" də ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Kordoba" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:1.

 

Eddi bu görüşün iştirakçısı olmayıb. "Kadis"dən ayrılacağı, daha çox "Real Valyadolid"ə keçəcəyi iddia edilən millimizin üzvünün adı mövsümün açılış matçının iştirak ərizəsinə də daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti