"Kopenhagen"dən çətin qələbə - VİDEO

12:36 20 Avqust 2017

Futbol üzrə Danimarka çempionatında 6-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Kopenhagen" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Senderyuske" ilə qarşılaşıb. Beş qolun vurulduğu oyunda qələbəni "Qarabağ"ın rəqibi bayram edib - 3:2. "Kopenhagen"iə qələbə gətirən qolları Kasper Kusk, Benyamin Vrbiç və Andriya Pavloviç vurub.

 

Ağdam klubunun rəqibi cari mövsümdə qazandığı 2-ci qələbədən sonra xalını 9-a çatdırıb və hazırda 14 iştirakçı arasında 4-cüdü.

 

Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasında Bakıda baş tutan ilk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbəyə sevinib. Tərəflər arasındakı cavab görüşü avqustun 23-də Danimarkada keçiriləcək.



Digər xəbərlər

Xəbər xətti