Solbakken: "Qarabağ"ın qol vurmasına imkan vermək olmaz”

12:52 20 Avqust 2017

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen” Danimarka çempionatında növbəti oyununu keçirib. Çempionatın 6-cı turunda evdə “Senderyuske”ni 3:2 hesabıyla məğlub edən paytaxt təmsilçisinin baş məşqçisi Stole Solbakken yerli mətbuata oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, norveçli mütəxəssis “Qarabağ”la cavab qarşılaşması barədə də danışıb:

 

“Komandam ilk hissədə xüsusilə yaxşı oynadı. Ancaq ən əsası odu ki, bu gün 3 xal qazandıq. Ardıcıl xal itkilərindən sonra bu qələbə bizim üçün vacib idi. Qarşıda bizi Çempionlar Liqasında oyun gözləyir. “Qarabağ”la matçda təkcə ilk hissədə yox, 90 dəqiqə oyuna nəzarət etməli, konsentrasiyamızı itirməməliyik. Rəqibin qol vurmasına imkan vermək olmaz”.


Digər xəbərlər

Xəbər xətti