Samir Nəsri Türkiyə klubunda?

14:52 20 Avqust 2017

“Mançester Siti”nin futbolçusu Samir Nəsrinin yeni iş yeri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, ötən mövsümdə icarə əsasında İspaniya La Liqa təmsilçisi “Sevilya”da çıxış edən Samir, karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. Yarımmüdafiəçi “Antalyaspor”la anlaşıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. 

 

Xəbərdə 30 yaşlı futbolçunun bu gün Türkiyəyə gələrək, Antalya təmsilçisi ilə 2 illik müqavilə bağlayacağı qeyd edilib. O, yeni klubunda ildə 4 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Nəsri karyerası ərzində “Marsel”, “Mançester Siti”, “Arsenal” “Sevilya” kimi komandalarda top qovub. O, 2007-2013-cü illər aralığında Fransa millisinin şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti