Qrizmann hakimi təhqir etdi - Onu da Ronaldonun aqibəti gözləyir

15:19 20 Avqust 2017

"Atletico"nun hücumçusu Antonio Qrizmann İspaniya La Liqasının "Girona" ilə açılış oyununda (2-2) yaşananlara görə ağır cəzalana bilər.
 
Sportarena.az xəbər verir ki, matçın 67-ci dəqiqəsində oyunun baş hakimi Xuan Martinez Munuera simulyasiyaya görə fransalıya sarı kart göstərmək istəyib. Qrizmann isə onu təhqir etdikdə hakim qırmızı kart göstərməli olub.
Hakim oyundan sonra protokolda Qrizmannın ona qarşı təhqiredici ifadə işlətdiyini, matçdan sonra üzr istəmək üçün ona yaxınlaşdığını eyd edib.
 
İspaniya çempionatının İntizam Məcəlləsinə əsasən, hakimə hörmətsizlik edən futbolçunu 2-3 oyunluq diskvalifikasiya gözləyir. Həmçinin bir təhqirə görə oyunçunun cəzası 4-12 oyunluq ola bilər.
 
Xatırladaq ki, bir neçə gün əvvəl "Realın futbolçusu Kriştiano Ronaldo da eyni aqibətlə üzləşib. Ona göstərilən qırmızı vərəqəyə görə hakimi itələməsi 5 oyunluq cəza alması ilə nəticələnmişdi.


Xəbər xətti