Qriqorçuk: "Hakimlikdən narazı qaldım" - AÇIQLAMA

00:26 21 Avqust 2017

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:

 

“Komandamdan çox razıyam. Çünki qələbə qazandıq. “Qarabağ”la keçirəcəyimiz növbəti matç çox ciddi olacaq. Çünki top-komanda ilə görüşəcəyik. Bu matçlar həmişə maraqlı olub. Qarşılaşmaya ciddi hazırlaşacağıq. Necə olacağını isə avqustun 26-da görəcəyik. Komanda udanda həmişə yaxşı əhval-ruhiyyədə olur. Ötən mövsüm 10-dan artıq matç oldu ki, üstün oynasaq da, xal itirdik. İndi qalib gəlmişiksə, narahat olmağa dəyməz. Cavid Hüseynov özü də oynamaq istəyirdi. Amma hərarəti və boğaz ağrısı olduğundan risk edə bilməzdik. Elə epizodlar oldu ki, onlardan narazı qaldım. Sürətli hücumlarda daha düzgün oynaya bilərdik. Azərbaycanda futbol təqvimi çox yaxşıdı. İstəyərdim ki, biz də qrupda oynayaq. Avrokuboklarda oynayan komanda üstünlük əldə edir. Çünki yaxşı komandalarla oynayır və daim formada olur. Təbii ki, heyət düzgün komplektləşibsə, bu, yalnız çempionatda oynamaqdan üstündü. Ona görə də bizim “Qarabağ”dan üstünlüyümz yoxdu”.

 

Qriqorçuk hakimlik və heyətin komplektləşməsi ilə bağlı sualları da cavablandırıb:

 

“Öncədən hakimlik haqda danışmaq istəmirdim. Adətən qırmızı vərəqə, penaltilər barədə danışırlar. Lakin bu gün kiçik qayda pozuntularını qeydə almadı. Çox da nəzərə çarpmayan belə epizodlara görə hakimlikdən narazı qaldım. Meydanda nələr baş verdiyini gördüm. Futbolçumuzun formasından tuturlar, dirsək vururlar, referi isə vərəqə də vermir, oyunçularla söhbət edir. Qırmızı vərəqə və ən azı 3 sarı vərəqəni göstərməli idi. Tellur Mütəllimov üçün qələbə qolunu vurması yaxşı oldu. Onun zədələndiyi vaxtda da biz onun top-komanda səviyyəsində oynayacağına şübhə etmirdik. Həmişə arzulamışam ki, yaxşı cinah müdafiəçilərim olsun. Qol vuran Tellurun oyunu məni sevindirdi. İkinci hissədəki oyununu xüsusi qeyd edərdim. Onun bir epizoddakı hərəkəti məni məmnun etdi. Heyətin komplektləşməsinə gəlincə, transfer edəcəyimizi düşünmürəm. Yeni oyunçuları götürəndə universal futbolçu istəyirdik. Amma indiki komanda ilə qış fasiləsinə qədər irəliləyə bilərik. Təbii ki, zədələr də olmasın. Amma İlqar Qurbanovun zədəsi ciddi olsa, böyük itki olacaq. Çünki o da yerli statusa malik oyunçudu. Onun da ayağında sınıq olduğu ehtimal edilir. Belə zədələr olmasa, qışadək çətinliklə üzləşməyəcəyik”.


Digər xəbərlər

Xəbər xətti