Sportarena.az
20 Noyabr 2017

"Jilina" yenə uduzdu

12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Slovakiya çempionatında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion "Jilina" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Dunayska Streda" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

 

Əvvəlki oyunlarda olduğu kimi, millimizin forvardı bu qarşılaşmanın da iştirakçısı olmayıb. Amma onun adı cari mövsümdə ilk dəfə yüksək liqa matçının iştirak ərizəsinə daxil edilib.

 

Ötən mövsümün çempionu "Jilina" geridə qalan turlarda cəmi 3 xal toplayıb və 12 klub arasında 11-ci pillədə qərarlaşıb.

Tarix
21.08.17 [11:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

20 Noyabr
19 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio